Gürcüstanda zəlzələ oldu

20:01 - 02 Yanvar 2024

Gürcüstanda zəlzələ oldu

Gürcüstanın Raça-Leçxumi-Kvemo Svaneti bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.

 

Manset.az  AZƏRTAC-a istinadən bildirir ki, zəlzələ Tbilisidən 260 kilometr aralıda qeydə alınıb.

Zəlzələnin episentri Amblouri şəhəri yaxınlığındakı Biji kəndi ərazisində 13 kilometr dərinlikdə olub.

Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss edilib.

Bölgənin qubernatoru Papuna Marqvelidze bildirib ki, zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az