Qəzzada ölən İsrail hərbçilərinin sayı AÇIQLANDI

10:19 - 03 Yanvar 2024

Qəzzada ölən İsrail hərbçilərinin sayı AÇIQLANDI

İsrail Müdafiə Ordusunun daha bir hərbçisi Qəzza zolağında döyüşlərdə ölüb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, 21 yaşlı baş gizir Miron Moşe Gerş Qəzza zolağının şimalındakı hərbi əməliyyatlarda həlak olub.

Bildirilib ki, ötən il oktyabrın 31-dən, Qəzza zolağında əməliyyatlar başlayandan İsrail Müdafiə Ordusunun 175 hərbçisi ölüb.

Oktyabrın 7-dən, HƏMAS hücum edəndən indiyədək 509 İsrail hərbçisi həlak olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az