Məşhur aparıcının bu şəkli ..... - FOTO

18:32 - 03 Yanvar 2024

Məşhur aparıcının bu şəkli ..... - FOTO

İsrailli qadın aparıcı efirə belində silahla qatılıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin "Kanal 14" televiziyasının aparıcılarından olan Lital Şemeşin belində silahla yayıma qatıldığını əks etdirən foto sosial şəbəkələrdə yayılıb.

Sözügedən fotoda ilk dəfə ifrat sağçı baxışları ilə yayımlanan Kanal 14-ün studiyasında qonaqları ilə birlikdə qatıldığı yayımda Lital Şemeşin belində silah olduğu görünüb.

Qeyd olunub ki, Şemeş özünün X sosial media hesabında atış meydançasında çəkdirdiyi fotosunu paylaşaraq israilliləri silaha sarılmağa çağırıb.

İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir, HƏMAS-ın 7 oktyabrda həyata keçirdiyi hücumlar və İsrailin Qəzzaya davam edən hücumlarından sonra mülki yəhudiləri və məskunlaşanları silahlandırmaq üçün kampaniyaya başlayıb.

Odlu Silahlar Şöbə Müdirliyinə yüz minlərlə şəxsi silah lisenziyası müraciəti aldığını bildirən Ben-Gvir, sosial media hesablarında Qərb Şəriyədə qeyri-qanuni yəhudi məskənlərində təşkil etdiyi silah paylama tədbirlərinin fotolarını paylaşıb.

Bu kadrlarda Ben-Qvirin ABŞ istehsalı M16 tipli çoxlu avtomat tüfənglərin düzüldüyü masalarda və silah qutularında yəhudi köçkünlərə silah payladığı görülüb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az