İranda milli matəm elan edilib.
Manset.az xəbər verir ki, bu barədə "Irna" agentliyi məlumat yayıb.
Bildirilir ki, sabah ölkə boyu milli matəm olacaq.
Qeyd edək ki, əə İranın Kirman şəhərində SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib, hadisə nəticəsində ölənlərin sayı 103-ə çatıb.
Yerli fövqəladə hallar xidməti 188 nəfərin yaralandığını bildirib. Onlardan bir çoxunun vəziyyəti ağırdır.