ABŞ-da 30 yaşlı məhbus hökm elan olunarkən hakimə hücum edib.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb müttəhimin vəkilinin həbs cəzasının təxirə salınması tələbinin rədd edilməsi olub.
Qarşıdurma zamanı polis əməkdaşlarından biri yaralanıb, hakim isə yüngül xəsarət alıb.
Hücum edən şəxsin yenidən məhkəməyə çıxarılacağı bildirilib.