Ərdoğan CHP liderindən aldığı təzminatı hərbi fonda bağışladı

17:12 - 04 Yanvar 2024

Ərdoğan CHP liderindən aldığı təzminatı hərbi fonda bağışladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəldən aldığı təzminatı hərbi fonda (Mehmetçik Vəqfi) bağışlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın "X" hesabında paylaşım edib.

O bildirib ki, Prezidentin şəxsi hüquqlarının pozulmasına görə CHP sədrindən alınan 65 min lirəlik mənəvi təzminat əsas və əlavə debitor borclarla birlikdə Ərdoğanın icazəsi ilə Mehmetçik Vəqfinə bağışlanıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az