Müsəlman qadın öz ölümü ilə 4 insanın həyatını xilas etdi... - FOTO

17:24 - 04 Yanvar 2024

Müsəlman qadın öz ölümü ilə 4 insanın həyatını xilas etdi... - FOTO

Hindistanlı müsəlman qadın Cahanara Bibi oğlu ilə motosikletin sərnişin oturacağında gedərkən qəfildən halı pisləşib. 58 yaşlı qadın motosikletdən yıxılaraq insult keçirib. Cahanara Murşidabad xəstəxanasına aparılıb, həkimlər onun beyninin sağalmaz şəkildə zədələndiyini bildiriblər. 

 

Manset.az Moderator.az-a istinadən xəbər verir ki, müsəlman qadının ailəsi həkimlərin xahişinə cavab verib və Cahanaranın orqanlarının ağır xəstələrə transplantasiya üçün çıxarılmasına icazə verib.
 
Bu minvalla müsəlman qadının ürəyi Heydərabad şəhərinə göndərilərək 72 yaşlı qadına, qaraciyəri Kəlküttədən olan 25 yaşlı qadına, böyrəkləri isə 21 və 35 yaşlı hindistanlı kişilərə transplantasiya edilib. Bütün əməliyyatlar uğurla keçib və beləliklə, mərhumənin orqanları sayəsində 4 nəfərin həyatı xilas edilib.
 
"Dinimiz ianələri alqışlayır və mən inanıram ki, ölümdən sonra orqan donorluğundan daha böyük ianə yoxdur. Bacımın orqanları 4 nəfərə yeni həyat verdi", - deyə mərhumun qardaşı Humayun Kəbir bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az