"Psixiatrik problemləri" olan cütlük içinə "cin girdiyini" düşündükləri uşaqlarını öldürməyi planlayarkən həbs olundu

17:49 - 04 Yanvar 2024

\"Psixiatrik problemləri\" olan cütlük içinə \"cin girdiyini\" düşündükləri uşaqlarını öldürməyi planlayarkən həbs olundu

İspaniyada "cin girdiyini" düşündükləri beş yaşlı uşaqlarını öldürməyi planlaşdıran fransız cütlük həbs olunub.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, polis qaynaqları İspaniyadan Mərakeşə gedən zaman yaxalanan fransız cütlüyün "psixiatrik problemləri" olduğunu, azyaşlının qaçırılması ilə bağlı valideynlər üçün Avropa həbs qərarı olduğunu da bildirib.

Məhkəmə tərəfindən həbs edilən cütlüyün 5 yaşlı uşağının səhhətinin yaxşı olduğu, uşaq baxım evində saxlandığı bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az