Rusiya Ukraynanı Şimali Koreya istehsalı raketlə vurub?

20:00 - 05 Yanvar 2024

Rusiya Ukraynanı Şimali Koreya istehsalı raketlə vurub?

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiyanın Şimali Koreyadan aldığı raketlərlə Ukrayna ərazisini vurduğunu açıqlayıb.

 

Manset.az xəbər verir ki, Ukrayna rəsmisinin sözlərinə görə, bu, Rusiyanın Ukraynaya hücuma başladığı vaxtdan indiyədək bir ilkdir.

Həm Kiyevin, həm də Vaşinqtonun iddialarına hələlik Moskvadan rəsmi cavab gəlməyib.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də dünən verdiyi açıqlamada Rusiyanın Ukraynaya hücum zamanı Şimali Koreya istehsalı olan raketlərdən istifadə etdiyini bildirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az