Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Somali Prezidenti Həsən Şeyx Mahmud arasında telefon danışığı olub.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, telefon danışığı zamanı Türkiyə-Somali əlaqələri, terrorla mübarizə, qlobal və regional məsələlər müzakirə edilib.
Ərdoğan, Türkiyənin terrorla mübarizədə Somalinin yanında olduğunu və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artacağını bildirib.
Ərdoğan həmçinin bildirib ki, Somali ilə Efiopiya arasında narahatlıq doğuran gərginliyə Somalinin ərazi bütövlüyü əsasında son qoyulmalıdır.
Jalə
Manşet.az