Sabiq spiker vəfat etdi

21:11 - 05 Yanvar 2024

Sabiq spiker vəfat etdi

Ukrayna Ali Radasının sabiq sədri Oleksandr Tkaçenko vəfat edib.

 

Manset.az  xəbər verir ki, bu barədə aparıcı Mikola Kanişevski məlumat yayıb.

84 yaşlı siyasətçi son 10 il ərzində xəstə idi və əlil arabası vasitəsilə hərəkət edirdi. 

Tkaçenko 1994-cü ildən 1998-ci ilədək ölkə parlamentinin sədr müavini, 1998-ci ildən 2000-ci ilədək isə spikeri olub.

O, 1994-cü ildən 2005-ci ilədək prezident olmuş Leonid Kuçmaya müxalif olub. 

Yaşasaydı, martda 85 yaşı tamam olacaqdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az