Kirmandakı partlayışlara görə 11 nəfər saxlanıldı

10:06 - 06 Yanvar 2024

Kirmandakı partlayışlara görə 11 nəfər saxlanıldı

İranın Kirman şəhərində törədilən partlayışda iştirak etməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı İranın “Tasnim” agentliyi yayıb. 

Bildirilir ki, Kirmanda partlayışları törədən iki şəxsin yaşadığı ev də aşkar edilib. Evdə isə partlayıcı qurğular tapılıb. 

İranın Daxili İşlər Nazirliyi isə öz növbəsində insidentdə həlak olan şəxslərin sayını dəqiqləşdirib. Belə ki, partlayış zamanı 89 nəfər ölüb, daha 284 nəfər isə yaralanıb. 

Xatırladaq ki, yanvarın 3-ü Kirmanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı keçirilən tədbir zamanı partlayışlar baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az