Tanınmış jurnalistin ölkədən çıxışına qadağa qoyuldu

11:26 - 06 Yanvar 2024

Tanınmış jurnalistin ölkədən çıxışına qadağa qoyuldu

Türkiyənin İstanbul Prokurorluğu tanınmış jurnalist Fatih Altaylını ifadə verməyə çağırıb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdəki bəzi paylaşımlarına görə Altaylı ifadə verib.

Ondan “cinayəti və cinayətkarı tərifləmək” və “ictimaiyyətin bir hissəsini açıq şəkildə kin və düşmənçiliyə sövq etmək və alçaltmaq” ittihamları ilə ifadə alınıb.

Təxminən 1 saatlıq ifadədən sonra Fatih Altaylının ölkədən çıxışına qadağa qoyularaq sərbəst buraxılıb.

Altaylı həmçinin ədliyyə nəzarətinə verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az