Bu məşhur şəhərdə epidemiya ELAN EDİLDİ

23:31 - 06 Yanvar 2024

Bu məşhur şəhərdə epidemiya ELAN EDİLDİ

Almaniyanın Münhen şəhərində qripə yoluxma hallarının artması səbəbindən Robert Koç İnstitutu bütün şəhərdə qrip epidemiyası elan edib.

 

Manset.az "Haber Globala" istinadən xəbər verir ki, Münhendə qripə yoluxanların sayı son üç həftə ərzində sürətlə artıb.

Belə ki, ilk təqvim həftəsində qripə yoluxma hallarının sayı 155 olub.

Robert Koç İnstitutunun məlumata görə, yeni xəstəlik qrip, yüksək hərarət, titrəmə, tərləmə, yorğunluq, baş ağrısı, oynaq ağrıları, öskürək, boğaz ağrısı, iştahsızlıq kimi əlamətlərlə özünü göstərir.

Xəstələrin üçdə birində yüngül, digərlərində isə ağır simptomlar müşahidə olunur.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri təxminən 16 600 qripə yoluxma faktı aşkarlanıb


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az