ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəblərin birində atışma olub.
Manşet.az xarici KİV-ə istinadən xəbər verir ki, atışma nəticəsində 4 nəfər yaralanıb. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisəni şagirdlərdən biri törədib və o, hələ də məktəb binasındadır. Hadisə yerinə xeyli sayda polis, təcili yardım briqadası cəlb olunub.
Ölənlər barədə məlumat yoxdur.