Türkiyənin İzmir şəhərində görmə məhdudiyyəti olan yaşlı kişi yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alıb.
Manşet.az xəbər verir ki, qəza anı təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.
Görüntülərdə yaşlı kişinin sürücülərdən yol istəməsi əks olunub.
Lakin bu zaman sürətlə hərəkət edən avtomobillərdən biri yolun hərəkət istiqamətinə daxil olan kişiyə çırpılır.
Yaşlı kişinin ağır vəziyyətdə xəstəxanaya aparıldığı qeyd olunur.
)