Fələstin prezidenti Mahmud Abbasın İsrailin Fələstin ərazisinə hücumları və atəşkəslə bağlı danışıqlar aparmaq üçün Qahirəyə getdiyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Abbas-Sisi görüşündə “İsrailin fələstinlilərə qarşı törətdiyi müharibəni dərhal və həmişəlik dayandırmaq üçün görülən işlərin” müzakirə ediləcəyi gözlənilir.
Görüşdə, həmçinin, Qəzza zolağında baş verən humanitar fəlakətlə mübarizə yolları, Fələstin xalqının deportasiya cəhdlərinin qarşısının alınması məsələləri müzakirə edilib.
Əfsanə
Manşet.az