İtaliyada nasist salamı ilə etiraz - VİDEO

15:56 - 08 Yanvar 2024

İtaliyada nasist salamı ilə etiraz - VİDEO

İtaliyanın paytaxtı Romanın Tuskolano rayonunda ifrat sağçılar 46 il əvvəl öldürülən Gənclik Cəbhəsi döyüşçülərinin xatirəsini yad etmək üçün faşist nasist salamı ilə aksiya keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mərasimdə öldürülən hərbçilərin adları oxunarkən yeni faşistlər (Neo Faşist) adlanan qruplar “Hazır” deyərək qollarını yuxarı qaldıraraq nasist salamı veriblər.

Demokrat Partiyasının katibi Elli Şleyn nasistlərin salamlarının görüntülərini Facebook-da paylaşaraq yazıb:

“Sabah nazir Piantedosiyə sual verəcəyik, baş verənlər qəbuledilməzdir. Konstitusiyada deyildiyi kimi, neofaşist təşkilatlar bağlanmalıdır”.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az