Uzun müddətdir sevgili olan aktrisa Devrim Özkan və "Qalatasaray"ın ulduzu Lukas Torreyra ayrılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Aramızda Kalmasın' proqramının aparıcılarından Müge Dağıstanlı ayrılığın pərdəarxası ilə bağlı bu açıqlamaları verib.
Müge Dağıstanlı açıqlamasında "Hər kəs evlilik xəbərini gözlədiyi bir vaxtda ayrılıq xəbəri gəldi... Şayiələrə görə səhər saatlarında Torreyranın iqamətgahından qışqırıq və dava səsləri eşidilib. Özkanın hönkürtüləri də eşidilib. Bununla bağlı sosial mediada təəccüblü iddialar səsləndirilib. Söylənənlərə görə, ayrılığın pərdəarxası Devrim Özkanın "Sonsuz arzuları var idi. Bu istəklər arasında 400 min dollarlıq saat, brend ayaqqabı və çantalar da var idi. Torreyra xərclərinin 3 milyon TL-yə çatdığını və bundan narahat olduğunu söyləmişdi. Torreyranın maaşında komandadan axsamalar yarananda pul qıtlığı yaşandı. Bu səbəbdən ikisi mübahisə edib və dava daha da böyüyüb” ifadələrini qeyd edib.
Proqramın qonağı Ebru Polat isə bu iddialar haqqında; "Pulun problem olacağını düşünmürəm, Torreyranın pulu var. Bunlar futbolçular üçün böyük məbləğlər deyil. Neçə milyon avro alırlar? Açığı, ikisi bir-birini çox sevirdi. Torreiranın Devrimi pula görə tərk edəcəyini düşünmürəm. Bunun Murat Bozla əlaqəsi olduğuna inanmıram. Murat çox xarakterli insandır. Devrim də Murata çox yüksək səviyyədə cavab verir. Məncə bunun arxasında başqa bir şey var. Hər iki tərəfdə bir aldatma ola bilər, nə baş verdiyini bilmirik. Gecə yarısı pul üçün ağlayaraq çıxmaz kimsə evdən. Amma mən düşünürəm ki, barışacaqlar” deyib.
Əfsanə
Manşet.az