Avstraliyada polisin qaçaqmalçı qrupa qarşı keçirdiyi əməliyyatlarda 800 min dollar dəyərində yüzlərlə sürünən ələ keçirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əməliyyatlar zamanı 257 kərtənkələ və 3 ilan ələ keçirilib. Honq-Konqa sürünənlər keçirmək istəyən biri qadın olmaqla 4 nəfər saxlanılıb. Bildirilib ki, saxlanılanlara 15 ilə qədər həbs cəzası verilə bilər.
Avstraliyadan gələn kərtənkələ və ilanların dəyərinin 800 min dollara çatdığı bildirilib. Konteynerlərdə pis şəraitdə saxlanılan heyvanların müalicə olunduqdan sonra təbiətə buraxılıb.
Əməliyyatlar zamanı kərtənkələ yumurtaları da aşkar edilib.
Qeyd edək ki, Honq-Konq son illərdə beynəlxalq heyvan qaçaqmalçılığı mərkəzinə çevrilib. Son beş ildə ən azı 84 ölkədən dörd milyon diri heyvanın ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi təxmin edilir.
Əfsanə
Manşet.az