Almaniyada fermerlər 2024-cü il büdcəsindəki kəsiri bağlamaq üçün kənd təsərrüfatı subsidiyalarının kəsilməsinə qarşı üsyan ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dizel vergisi endirimi və nəqliyyat vasitələrinin azadlığı kimi bir çox üstünlüklərini itirəcək olan fermerlər Almaniyanın bir çox bölgəsindən gələrək paytaxt Berlində traktorlarla yolları bağlayıblar.
Traktorları ilə paytaxt Berlinə gələn fermerlər və yük maşını sürücüləri Brandenburq darvazasının qarşısına toplaşaraq konvoy təşkil ediblər.
Nümayişlər zamanı logistika sektoru hökumətdən magistral yol haqlarını azaltmağı, körpü və yolları modernləşdirməyi istəyib.
Əfsanə
Manşet.az