Braziliyada yuxusunda evinin altında qızıl basdırıldığını görən 71 yaşlı Joao Pimenta da Silva adlı bir kişi kəndirin qırılması nəticəsində mətbəxin döşəməsində qazdığı 40 metrlik quyuya düşərək ölüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə yanvarın 5-də baş verib.
Qocanın quyuya düşməsindən sonra evə gələn xilasedici qruplar quyuya enərkən qocanın cəsədini tapıblar. Yerli mənbələrdən verilən məlumata görə, quyudan su və palçıq çıxarılması prosesini başa vuran qoca quyunun ağzından çıxmaq istəyərkən üzərində oturduğu yelləncək oturacağının kəndiri qopub.
Arnaldo da Silva adlı qonşu dedi: “Bildirlib ki, Joao çuxur qazmağa bir ildən çox vaxt sərf edib və qazıntı işləri üçün çoxlu adam işə götürüb. Çuxur hələ dayaz olanda gündə 70 Braziliya realı (11.30 funt sterlinq) ödəməyə başlayıb, lakin sonra dərinlik artdıqca xərclər artıb.
Əfsanə
Manşet.az