Ata və oğul dava edərkən pəncərədən yıxıldılar

18:46 - 09 Yanvar 2024

Ata və oğul dava edərkən pəncərədən yıxıldılar

Moskvada general Karbışev küçəsindəki mənzildə ata və oğul dava zamanı pəncərədən yıxılıblar.

 

Manset.az  xəbər verir ki, bu barədə "REN" telekanalı məlumat yayıb.

“Yoldan keçənlər evin pəncərələrinin altında uzanmış iki kişini görüblər. Hadisə yerinə həkimlər və polis çağırılıb”, - telekanalın həmsöhbəti bildirib.

Onun sözlərinə görə, həkimlər atanı xilas edə bilməyib, oğlu xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ilə bağlı daha ətraflı məlumat verilmir. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ata-oğul arasında baş vermiş dava-dalaş anını videomüşahidə kameralarında aşkarlayıblar. Kişilər evin ikinci mərtəbəsində yaşayırmışlar. Onlardan birinin iki məhkumluğu var imiş.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az