İranın Əlborz əyalətində zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
Manset.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
***19:28
İranın Əlborz əyalətində zavodda yanğın baş verib, azı 24 nəfər xəsarət alıb.
Manset.az “Report”-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, yanğına qaz məhlulunun partlaması səbəb olub.
Zərərçəkənlərin yerləşdirildiyi tibb mərkəzinin rəhbəri bəzi yaralıların vəziyyətini ağır qiymətləndirib.
Yanğın lokallaşdırılıb.