O, Fransanın ilk qadın əks-kəşfiyyat rəisi oldu

07:41 - 10 Yanvar 2024

O, Fransanın ilk qadın əks-kəşfiyyat rəisi oldu

Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu postu tutan ilk qadındır.

Onun təyinatı barədə Fransanın daxili işlər naziri Jerald Darmanen "X" sosial şəbəkəsində məlumat verib:

"Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizlik Baş İdarəsinin yeni baş direktorudur".

Qeyd edək ki, əks-kəşfiyyatın rəhbəri kimi Berton dekabr ayında Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəisi təyin edilmiş Nikolya Lerneri əvəz edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az