Hindistanın Uttar Pradeş ştatının Nuawn kəndindəki fermada insan sifətli keçi doğulub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kənd sakinləri bu qəribə görünüşlü heyvanı görmək üçün fermaya axışıblar.
Zəif vəziyyətdə olan heyvanın tək başına dayana bilmir və qidalanmaqda çətinlik çəkir.
Baytarlar keçinin qəribə görünüşünün kalsium çatışmazlığından qaynaqlandığını və onun sağ qalma şansının aşağı olduğunu düşünürlər.
Digər tərəfdən, oxşar hallar Hindistanda əvvəllər də baş verib. 2020-ci ildə oxşar mutant keçi tanrı avatarı kimi tapınan varlıq hesab olunurdu. 2022-ci ilin noyabrında Sultanpur şəhərində alnının ortasında birləşmiş iki iri gözlü keçi doğulub.
Əfsanə
Manşet.az