1999-cu il zəlzələsindən sonra itən uşaqlar ABŞ-yə qaçırıldı? - Epstein işi ilə bağlı dəhşətli iddia

13:57 - 10 Yanvar 2024

1999-cu il zəlzələsindən sonra itən uşaqlar ABŞ-yə qaçırıldı? - Epstein işi ilə bağlı dəhşətli iddia

ABŞ-da həbsxanada intihar edən amerikalı milyarder Ceffri Epsteinin qızlara qarşı cinsi istismar şəbəkəsi yaratdığı “pedofiliya adası” qalmaqalında yeni iddialar gündəmə gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Epşteynin intiharından sonra ABŞ-ın Nyu-York dairəsinin hakimi Loretta Preskanın qərarı ilə yüzlərlə sənədin məxfilik qərarı ləğv edilib.

Ceffri Epstein işi ilə bağlı ictimaiyyətə açıqlanan sənədlərdə "Türkiyə" detalı diqqət çəkib.

Epsteinin şəxsi pilotu Nadya Marchinko Epsteinin Türkiyədən qızları qaçıraraq Amerikaya gətirdiyini deyib.

Epstein haqqında üzə çıxan dosyadə onun yetkinlik yaşına çatmayan qızlara qarşı zorakılıq etdiyi və ritual kimi yığıncaqlar keçirdiyi iddia edilir. Görüşlərdə iştirak edənlər arasında ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Leonardo Di Kaprio, Stiven Hokinq, Brüs Uillis, Kevin Spasi və Maykl Cekson kimi adlar da var.

Qeyd edək ki, 1999-cu il zəlzələsindən sonra Türkiyəyə gələrək dünya agentliklərinə fotoşəkillər verən Klinton ABŞ-a qayıtdıqdan sonra zəlzələ bölgəsində bəzi uşaqların itdiyi iddia edilmişdi.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az