Hər il dünya dövlətlərinin hərbi güclərini yaxından araşdıraraq qlobal güc reytinqi dərc edən ABŞ-da yerləşən “Global Firepower” şirkəti 2024-cü il üçün hərbi güc reytinqini paylaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Global Firepower”ın “Dünyanın Ən Güclü Orduları” siyahısına ümumilikdə 145 ölkə daxil edilib.
Sıralamada ölkə ordularının texnoloji inkişafı, insan gücü, sahədə uzun müddət qalma və hərəkətlilik kimi xüsusiyyətləri nəzərə alınıb.
Reytinqdə Azərbaycan 59-cu yerdə, ötən il dünyanın 11-ci ən güclü ordusu olan Türkiyə isə bu il yeni siyahıda 8-ci yerdə qərarlaşıb.
Dünyanın ən nüfuzlu hərbi güc reytinqinə görə ilk 20-likdə olan ölkələr bunlardır:
1.ABŞ
2.Rusiya
3.Çin
4.Hindistan
5.Cənubi Koreya
6.Birləşmiş Krallıq
7.Yaponiya
8.Türkiyə
9.Pakistan
10.İtaliya
11.Fransa
12.Braziliya
13.İndoneziya
14.İran
15.Misir
16.Avstraliya
17.İsrail
18.Ukrayna
19.Almaniya
20.İspaniya
Əfsanə
Manşet.az