Daha gözəl görünüşə sahib olmaq istəyən insanlar arasında estetik əməliyyatlar populyarlaşır və estetik sənayesində Türkiyə lider ölkələrdən biri olmağa davam edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu əməliyyatlar öz növbəsində ciddi risklər də daşıyır.
Beləki, Braziliyadan omba nahiyəsindən əməliyyat olunmaq üçün Türkiyəyə gələn 26 yaşlı Britaniya vətəndaşı Demi Aqoglia uğurlu əməliyyatdan az sonra həyatını itirib.
İngiltərənin “The Sun” qəzetinin yazdığına görə, 3 uşaq anası Demi Aqoglianın piy emboliyası səbəbindən dəfələrlə infarkt keçirdiyi iddia edilib.
Ailəsinin dediyinə görə, ağrıları davam edən Agoglia İstanbuldakı klinikaya qayıdan zaman taksidə olarkən infarkt keçirib və təcili yardıma aparılıb. Ürək tutmasından sonra reanimasiyaya yerləşdirilən Aqoliya bazar ertəsi dünyasını dəyişib.
Omba cərrahiyyəsində bədənin digər hissələrindən alınan piylər ombaların daha dolğun olması üçün içərisinə vurulur.
Əməliyyat əvvəlcə piylərin yığılması ilə başlayır, sonra isə xüsusi avadanlıq vasitəsilə ombanın müəyyən nöqtələrinə piy yeridilməsi ilə başa çatır.
Enjekte edilmiş yağ təsadüfən qan dövranına yeridilə bilər və potensial ölümcül qan laxtalanmasına səbəb ola bilər. Demi Aqolyanın da bu şəkildə öldüyü düşünülür.
Əfsanə
Manşet.az