Əfqanıstanın paytaxtı Kabildə 16 yaşlı qızlar Talibanın hicab qaydalarını pozduqları üçün həbs edilib və qamçılanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ticarət mərkəzlərində, sinif otaqlarında və küçə bazarlarında saxlanılan qızlar “pis hicab taxmaqda və başqalarını pis hicab taxmağa təşviq etməkdə” ittiham olunublar.
Həmçinin, Taliban tərəfindən tutulan qızlar polis maşınına minmək istəmədiyi üçün döyülüb və qamçılanıb.
Daha sonra “əxlaqsız qızlar böyütdüyünə” görə bir qızın atası döyülüb.
Əfsanə
Manşet.az