Təcili eniş edən BMT helikopteri saxlanıldı - 6 nəfər əsir götürüldü

10:31 - 11 Yanvar 2024

Təcili eniş edən BMT helikopteri saxlanıldı - 6 nəfər əsir götürüldü

Texniki nasazlıq səbəbindən Birləşmiş Millətlər Təşkilatına (BMT) məxsus helikopter Somalinin Qalmuduq əyalətində məcburi eniş edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, helikopter “Əş-Şəbab” üzvləri tərəfindən saxlanılıb və 6 nəfər əsir götürülüb.

Vilayətin təhlükəsizlik naziri Mohamed Abdi Adan helikopterin “Əl-Şəbab” üzvləri tərəfindən ələ keçirildiyini bildirib.

Helikopterdə 9 nəfərin olduğunu bildirilib. Bu şəxslər arasında yardım işçiləri, hərbçilər, müqaviləli işçilər və əcnəbilərin olduğu qeyd edilib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az