ABŞ-də ilk dəfə məhkum azotla edam ediləcək

10:43 - 11 Yanvar 2024

ABŞ-də ilk dəfə məhkum azotla edam ediləcək

ABŞ tarixində ilk dəfə azotdan istifadə edilərək edam prosesi həyata keçiriləcək.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Alabama ştatının məhkəməsi yayıb.

Məlumata görə, 1988-ci ildə bir qadını qətlə yetirməyə görə mühakimə edilən 58 yaşlı Kennet Yucin Smit yanvarın 25-i azot verilərək edam ediləcək.

Qeyd olunur ki, azotla edam cəzasına Alabama, Oklahoma və Missisipidə icazə verilsə də, bu günə qədər istifadə edilməyib. Bu üsulun ağrısız olacağı bildirilir. ABŞ-də edam əsas olaraq barbiturat preparatından istifadə edilərək həyata keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az