London polisinin İsrailin Qəzza zolağındakı "müharibə cinayətləri" ilə bağlı araşdırma başlatmasından sonra İsrail ilə İngiltərə arasında "gərginlik" yaşandığı iddia edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İsrailin "Yedioth Ahronoth" qəzeti xəbər dərc edib.
Xəbərdə bu məsələnin İsrail ilə İngiltərə arasında diplomatik gərginliyə səbəb olduğu və İsrailin bu hadisəyə etirazına və bu məsələlərlə bağlı narazılığını bildirməsinə səbəb olduğu bildirilib.
Xəbərdə İngiltərə hava limanlarında sərnişinlərdən ingilis, ivrit və Ərəbcə "İsraildə və ya Fələstin ərazilərində olmusunuzsa və terrorizmdən, müharibə cinayətlərindən xəbərdarsınızsa və ya insanlığa qarşı cinayətlərin şahidi və ya qurbanı olmusunuzsa, bu barədə Böyük Britaniya polisinə məlumat verə bilərsiniz." ifadələri olan lövhələrin asıldığı qeyd edilib.
Qəzet İsrailin istintaqla bağlı Britaniya hakimiyyətinə etiraz etdiyini bildirib.
Əfsanə
Manşet.az