İranda törədilən terror aktlarına görə daha 35 nəfər saxlanıldı

17:10 - 11 Yanvar 2024

İranda törədilən terror aktlarına görə daha 35 nəfər saxlanıldı

İran Kirmanda törədilən terror aktları ilə bağlı 35 nəfərin saxlanıldığını açıqlayıb.

    

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyasının Kəşfiyyat Nazirliyinin açıqlamasına istinadən verdiyi açıqlamada deyilir.

Xəbərdə Kirmanda törədilən terror aktlarından sonra başladılan əməliyyatlar barədə məlumat verilib.

Hücumların əsas planlayıcısının dekabrın 19-da Pakistan sərhədindən ölkəyə daxil olan və hücumdan 2 gün əvvəl ölkəni tərk edən Abdullah Taciki adlı Tacikistan vətəndaşı olduğu bildirilib.

Daha əvvəl Tacikistandan olduğu açıqlanan kamikadzenin adının Bazirof İsrailli olduğu bildirilib.

Sözügedən şəxsin Əfqanıstanın Bədəxşan vilayətində İŞİD terror təşkilatının düşərgələrində təlim keçdiyi bildirilib. Digər kamikadzenin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində davam edən işlərdə mühüm ipuçlarının əldə edildiyi və detalların daha sonra açıqlanacağı qeyd edilib.

Xatırladaq ki, yanvarın 3-də İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandiri Süleymaninin 2020-ci ilin yanvarında ABŞ-ın Bağdaddakı hücumunda öldürülməsinin 4-cü ildönümündə anım mərasiminin keçirildiyi Kirmandakı qəbiristanlığa gedən yolda iki partlayış baş verib.

Son açıqlamaya görə, hücumlarda aralarında qadın və uşaqların da olduğu 93 nəfər ölüb, 284 nəfər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az