İran Oman dənizində ABŞ tankerini ələ keçirib.
Manset.az Tesnim Xəbər Agentliynə istinadən xəbər verir ki, bu barədə İran Ordusu Hərbi Dəniz Qüvvələrinin verdiyi yazılı açıqlamanı yayıb.
Açıqlamada, “İran Ordusunun Hərbi Dəniz Qüvvələri məhkəmə qərarı ilə Oman dənizində ABŞ-a məxsus neft tankerini ələ keçirib” deyilir.
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) tərəfindən verilən açıqlamada Oman körfəzində bir neft tankerinin hərbi geyimli silahlı şəxslər tərəfindən ələ keçirildiyi bildirilib.
Bildirilib ki, Omanın Sohar şəhəri sahillərindən təxminən 50 dəniz mili aralıda baş verən insident zamanı neft tankerinə hərbi tipli qara forma və qara maska geyinmiş 4-5 silahlı “icazəsiz” şəxs minib. Sözügedən neft tankeri itdi və o, İran sahillərinə yönəldilib.
Jalə
Manşet.az