Əfqanıstanın paytaxtı Kabildə şiə həzaraların sıx məskunlaşdığı Dəşti Bərçi bölgəsindəki ticarət mərkəzinə əl qumbarası ilə hücum olub.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran partlayışla bağlı mətbuata açıqlama verib.
Zadran bildirib ki, Daşt-i Bərçi bölgəsindəki ticarət mərkəzində əl qumbarası ilə hücum olub.
Hücumda ən az 2 nəfərin həyatını itirdiyini qeyd edən Zadran, 12 nəfərin yaralandığını bildirib.
Zadran cinayəti törədənlərin tutulması üçün işlərin davam etdiyini bildirib.
Heç kim hücuma görə məsuliyyəti üzərinə götürmədiyini Zadran bildirib.
Digər tərəfdən, Əfqanıstan mətbuatının yazdığına görə, ölkənin şimalındakı Məzari Şərif şəhərində yerli vaxtla saat 15:00 radələrində partlayış baş verib, lakin hələlik məsələ ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, yanvarın 6-da şənbə günü eyni bölgədə törədilən bombalı hücum nəticəsində 5 nəfər həyatını itirib və terror təşkilatı DEAŞ hücumun məsuliyyətini üzərinə götürüb.
Jalə
Manşet.az