Ötən gecə "İlin Ulduzları" Mükafat Mərasiminə qatılan aktrisa Serenay Sarıkaya 2023-cü ilin ən çox bəyənilən qadın televiziya aktrisası mükafatını alıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Şahmaran” serialı ilə növbəti mükafatını almaq üçün səhnəyə çıxan Sarıkaya coşğu ilə mikrofon qarşısına keçərkən "Yenə mən, yenə mən, yenə mən" deyə qışqırıb.
Qeyd edək ki, Sarıkaya hazırda Kıvanç Tatlıtuğla Show TV-də yayımlanan "Ailə" serialında rol alır.
Əfsanə
Manşet.az