Yəməndə "Ənsar Allah" hərəkatının zenit batareyalarından biri Amerikanın MQ-9A Reaper kəşfiyyat təyyarəsini vurub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, multispektral optik-elektron kompleks və AFAR radarı ilə təchiz edilmiş PUA ABŞ və Böyük Britaniya təyyarələrinin Yəməndəki hədəflərə iri raket zərbəsi zamanı kəşfiyyat işləri aparıb. Aşağı sürətli turbovintli pilotsuz təyyarəni vurmaq çətin olmayıb.
“Russian Weapons” yazır ki, husilərin ixtiyarında bu məqsədə uyğun çoxlu belə hava hücumundan müdafiə sistemi var. Məsələn, Sovet R-27ET istilik axtaran idarə olunan hava döyüş raketinə əsaslanan orijinal dizaynlı zenit kompleksi. R-27ET-nin zenit versiyasının uçuş məsafəsi 30-35 kilometrə çatır.
Vurulan pilotsuz təyyarənin dəyəri 30 milyon dollardır. 2023-cü ilin martında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha bir Reaper Rusiyanın Su-27 qırıcısı ilə toqquşduqdan sonra Qara dənizə düşüb.