Səudiyyə Ərəbistanından böyük layihə - Dağın içərisində "ultra lüks göydələn"

16:10 - 12 Yanvar 2024

Səudiyyə Ərəbistanından böyük layihə - Dağın içərisində \"ultra lüks göydələn\"

Səudiyyə Ərəbistan rəsmiləri “Aquellum” adlı “ultra lüks yeraltı göydələn” layihəsi planını təqdim edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, elmi fantastika filmindən çıxmış bir şey kimi görünən layihə böyük marağa səbəb olub.

Təbuk bölgəsində qurulması planlaşdırılan Neom şəhəri layihəsinə daxil ediləcək göydələn, "bir sıra qabaqcıl təcrübələr vasitəsilə qonaqlara qeyri-adi bir həyat təcrübəsi təqdim edəcək yeraltı şəhər və turizm mərkəzi" olaraq elan edilib.

Sahəsi 120 kilometr olduğu açıqlanan layihənin rəqəmsal görüntüləri yayımlanıb. Bu, 457 metrlik dağın içində demək olar ki, tamamilə gizlədilmiş kimi görünən binanı, lüks mağazalar, performans məkanları və qalereyaları göstərir.

Bundan əlavə, 100 metr dərinlikdə bol yaşıl bitkilər və işıqlı açıq hava ekosistemi də layihəyə daxil edilmişdir. Ziyarətçilərin daşınmasının yeraltı kanallarla təmin ediləcəyi açıqlanıb.

“Aquellum”un mühüm komponenti virtual reallıqdır. Maketlərdə qonaqların VR eynək taxdığı və açıq hava ekosistemində rəqəmsal işıqların rəqsini izlədiyi anları əks etdirir. 1 trilyon dollar dəyərində olan meqa layihəyə robotlar və süni intellekt, həmçinin süni xizək kurortu daxildir.

Neom-a Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman rəhbərlik edir.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az