İranda daha 2 məhbus edam edildi

16:46 - 12 Yanvar 2024

İranda daha 2 məhbus edam edildi

Dünən İranın Kermanşah şəhər zindanında və Qəzvin əyalətinin Çubindər həbsxanasında iki məhbus dar ağacından asılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İran İnsan Haqları Təşkilatı – HRANA xəbər yayıb.

Məlumata görə, edam edilən məhbuslar narkotik maddələrin qanunsuz dövriyyəsi və adam öldürməkdə ittiham ediliblər.

Qeyd olunub ki, ötən il ərzində İranda 25-i qadın, ikisi isə uşaq olmaqla 791 məhbusun edam hökmü icra edilib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az