B1, B2, B3 və dəmirlə zəngindir - Yeyən kimi qana qarışan yeganə qidadır

17:26 - 12 Yanvar 2024

B1, B2, B3 və dəmirlə zəngindir - Yeyən kimi qana qarışan yeganə qidadır

Bədənin kalsium ehtiyacını qarşılayan bəkməz, tərkibindəki dəmir və kalsium sayəsində sümük inkişafını təmin edir və qan azlığına yaxşı gəlir. İmmuniteti gücləndirən bekmez xəstəliklərdən də qorunma təmin edir. Bununla belə, bəkməz alarkən və istehlak edərkən bəzi sadə qaydalara riayət etmək lazımdır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xüsusilə soyuq havalarda əvəzolunmaz qida qaynağı olan bəkməz təzə üzüm və kişmişdən istehsal olunsa da, keçiboynuzu, alma, tut, ərik, gavalı, qarpız, əncir və şəkər çuğundurundan da hazırlanır.

Bəkməzin tərkibindəki yüksək şəkər səbəbiylə yaxşı bir karbohidrat və enerji qaynağı var. Tərkibində kalsium, dəmir, kalium və maqnezium kimi minerallar da yer alır. Bəkməzin qida tərkibi onun hazırlandığı meyvədən asılı olaraq dəyişir.

Bəkməz, tərkibindəki qlükoza və fruktoza səbəbiylə istehlakdan qısa müddət sonra həzm olunmadan qanla qarışır. Tərkibindəki B (B1, B2, B3) vitaminləri və kalsium, kalium, maqnezium, xrom və dəmirin zəngin tərkibi ilə yüksək vitamin və mineral mənbəyidir.

Orta hesabla 29 kalori olan bir xörək qaşığı (10 qram) bəkməzdə təxminən 1 mq dəmir və 40 mq kalsium var. 100 qram bəkməz təxminən 293 kalori enerji verir.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az