Türkiyə ordusunun 9 əsgəri şəhid olub, xeyli terrorçu məhv edildi - YENİLƏNDİ

09:10 - 13 Yanvar 2024

Türkiyə ordusunun 9 əsgəri şəhid olub, xeyli terrorçu məhv edildi - YENİLƏNDİ

Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib.

Bölgədə əməliyyatlar davam edir. Türkiyə ordusu terrorçuların sığınacaq, daldalanacaq kimi istifadə etdikləri 29 mövqeyinə, mağaralara zərbələr endirib. Xeyli sayda terrorçu zərərsizləşdirilib.

Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.

Daha əvvəl bildirilirdi ki, terrorçuların hücumu zamanı 8 əsgər şəhid olub, 5 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

07.08

Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı səkkiz nəfərə çatıb.

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha iki ağır yaralı hərbçi dünyasını dəyişib.

Bölgədə əməliyyatlar davam edir.

Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.

 

12.01.2024 *** 23.19

Türkiyə ordusunun beş əsgəri şəhid olub.

Manset.az  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, terrorçuların hücumu nəticəsində İraqda Türkiyə ordusunun 3-ü ağır olmaqla 8 əsgəri yaralanıb.

İlkin məlumata görə, toqquçma zamanı 12 terrorçu zərərsizləşdirilib.

Bölgədə əməliyyat davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az