Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirəcək

11:09 - 13 Yanvar 2024

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

 

Manset.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb. Toplantının bu gün yerli vaxtla 14:30-da İstanbuldakı Dolmabaxça sarayında baş tutacağı qeyd olunur.

Ərdoğanın sədrlik edəcəyi toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi Metin Güler, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın iştirak edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az