Polisin keçirdiyi əməliyyatdan sonra Acundan "Survivor"la bağlı QƏRAR

21:17 - 13 Yanvar 2024

Polisin keçirdiyi əməliyyatdan sonra Acundan \"Survivor\"la bağlı QƏRAR

Dominikan polisi çəkilişləri ölkədə davam edən "Survivor All Star 2024" yarışının komandasına qarşı əməliyyat keçirib.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, “TV8"in rəhbəri Acun Ilıcalı bununla bağlı sualları ilk dəfə cavablayıb. O, baş vermiş hadisədən sonra çəkilişlərin aparıldığı adada qalamaq məcburiyyətidə olduğunu deyib:

"Hər dəqiqə bir hadisə baş verəcəkmi deyə həyəcanlıyam. Ona görə də Türkiyədə çox qalmamalıyam. Bu aralar adada qalmaqda fayda var. Bir az gərgin mövsümdür". 

Qeyd edək ki, ilk yarışda qalib gələn komandalardan biri Kolumbiyaya yollanıb. İştirakçı Seda Aktuğlu tanımadığı bir qadının telefonundan atasına mesaj göndərmək istəyib. Mesajı göndərə bilməyən Seda telefon sahibinə qeyd buraxıb. Həmin xanım isə bunu "Məni qaçırıblar" kimi anlayaraq polisə müraciət edib. 

Bundan sonra məsələyə iki ölkənin polisləri müdaxilə etməli olub. Araşdırmalar üçün hava limanında 1 saat gözlədilən komanda daha sonra sərbəst buraxılıb.

Yarışma tarixində ilk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını deyən Ilıcalı buna əsəbiləşib. O, cəza olaraq Sedanın komandasının qazandığı 5 mükafatı ləğv edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az