Qriqoryan Blinkenin köməkçisi ilə Bakı-İrəvanı müzakirə etdi

19:59 - 14 Yanvar 2024

Qriqoryan Blinkenin köməkçisi ilə Bakı-İrəvanı müzakirə etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen Davosda bir araya gəlib.

 

Manset.az  xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Görüş zamanı tərəflər İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

“Həmsöhbətlər Ermənistan - ABŞ ikitərəfli münasibətləri və onların gələcək inkişafı məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin Ermənistan - Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az