Terrorçuların 23 hədəfi məhv edildi - Anbaan görüntülər

23:23 - 14 Yanvar 2024

Terrorçuların 23 hədəfi məhv edildi - Anbaan görüntülər

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının Suriyadakı mövqelərinə zərbələr endirib.

 

Manset.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilir ki, Suriyada PKK/YPG-nin nəzarətində olan hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri və sursat məntəqələri kimi strateji hədəflər, təşkilatda məsul səviyyədə fəaliyyət göstərən şəxslər hədəf alınıb. 

Məlumata görə, terrorçulara məxsus 5 kritik infrastruktur obyekti, 3 nəzarət-buraxılış məntəqəsi, 8 hərbi məntəqə, 2 sursat anbarı, 2 logistika anbarı, 2 texniki vasitə anbarı məhv edilib.

Ümumilikdə terrorçuların 23 obyekti sıradan çıxarılıb. Əməliyyatların davam etdiyi bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az