ABŞ-nin İsrailə qarşı səbri tükənib - İddia

10:27 - 15 Yanvar 2024

ABŞ-nin İsrailə qarşı səbri tükənib - İddia

ABŞ mətbuatının yazdığına görə, ABŞ-ın Qəzza zolağı ilə bağlı tələblərinin İsrail tərəfindən nəzərə alınmadığı üçün ABŞ prezidenti Co Baydenin dəstəklədiyi İsrail hökumətinə qarşı "səbrinin tükəndiyi" iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ mətbuatının adı açıqlanmayan bir səlahiyyətliyə əsaslanan xəbərində ABŞ rəhbərliyinin Qəzza müharibəsi ilə bağlı son tələblərinin çoxunu İsrailin rədd etməsindən məyus olduğu ifadə edilib.

Bildirilib ki, “Vəziyyət dəhşətli və çıxılmazdır. Prezidentin səbri tükənmək üzrədir".  

Xəbərdə həmçinin qeyd olunub ki, ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə son səfəri zamanı İsrailin baş naziri Binyamin Netanyahu və onun döyüş kabinetinə İsrailin münaqişələr bitdikdən sonra Qəzza ilə bağlı planının “xəyal” olduğunu açıq şəkildə bəyan edib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az