“Antalyaspor”un israilli futbolçusu saxlanıldı

12:30 - 15 Yanvar 2024

“Antalyaspor”un israilli futbolçusu saxlanıldı

Türkiyənin "Antalyaspor" klubunun israilli futbolçusu Saqiv Jehezkel matçdan sonra "Antalyaspor" tərəfindən heyətdən çıxarılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, buna səbəb “Trabzonspor” matçında qol vurduqdan sonra futbolçunun üzərində "7 oktyabr hücumunun 100-cü günü" yazılan bilərzik və Sion ulduzu göstərərək Türkiyədən İsrailə salam göndərməsi olub.

Qoldan sonra etdiyi hərəkətlərə görə heyətdən kənarlaşdırılan israilli futbolçu Saqiv Jehezkel nəzarətə götürülüb.

"Antalyaspor" Saqiv Jehezkelin idarə heyətinin qərarı ilə heyətdən çıxarıldığını və müqaviləsinə xitam veriləcəyini açıqlayıb. Antalya Respublika Baş Prokurorluğu tərəfindən "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə istintaq başladılıb.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az