“Natural Born Killer”, “Seven” ve “House of Frankenstein ” filmlərində rol alan amerikalı aktyor Piter Krombi 71 yaşında vəfat edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aktyorun keçmiş həyat yoldaşı Nadine Kijner sosial media hesabında yayımladığı açıqlamada xəbəri təsdiqləyib və Piter Krombini itirməsindən "şoku və dərin hüznünü" dilə gətirib.
Nadin Kijner bildirib ki, Piter Krombi qısa müddət ərzində xəstəlikdən sonra dünyasını dəyişib. Digər tərəfdən, aktyorun ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Krombi 1989-1998-ci illərdə çəkilmiş məşhur ABŞ komediya serialı "Seinfeld"in 4-cü mövsümündə "Dəli Co Davola" rolu ilə yadda qalıb.
Əfsanə
Manşet.az