“Wildberries” şirkəti yanğından sonra 16 işçisini tapa bilmir

15:31 - 15 Yanvar 2024

“Wildberries” şirkəti yanğından sonra 16 işçisini tapa bilmir

Rusiyanın Sankt-Peterburq şəhərində  “Wildberries” anbarında baş verən yanğından sonra 16 işçi itkin düşüb.

 

Manset.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Həmçinin bildirilir ki, satıcılara ilk təzminat elə bu gündən ödəniləcək, yanğın nəticəsində malları itmiş alıcıların pulu da tam geri qaytarılacaq.

Xatırladaq ki, yanvarın 13-də “Wildberries”də yanğın başlayıb, onu ancaq yanvarın 14-də günortadan sonra söndürmək mümkün olub. Yanğına beşinci mürəkkəblik dərəcəsi (ən yüksək) verilib. Hadisə nəticəsində 22 yaşlı qız xəsarət alıb, həkimlər onun vəziyyətini qənaətbəxş qiymətləndirirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az